Bakıda koronavirusa yoluxmanın ən çox baş verdiyi yer açıqlandı – FOTO

30.06.2020 - 01:08
Paytaxt Bakıda ən çox COVID-19-a yoluxma halı qeydə alınan rayonun adı dəyişib.  “BakuPost”un “koronavirusinfo.az”ya istinadla verdiyi məlumata görə, ölkə üzrə ümumi yoluxmanın 53,4% Bakının payına düşür.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidədir – 12,9%. Yoluxma sayına görə, lider olan yasamal ikinci pillədə qərarlaşıb. – 16,6%. Növbəti yerlərdə isə 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,7%-lə Nəsimi, 9%-lə Suraxanı, 8,6%-lə Nərimanov, 8,1%-lə Nizami, 5,5%-lə Qaradağ, 4,5%-lə Səbail, 4,1%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.

Qeyd edək ki, bugünədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv xəstələrin sayı 7 mindən çoxdur.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=148995

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728