ABŞ Azərbaycana və Ermənistana çağırış etdi

14.07.2020 - 11:31

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın sərhədindəki toqquşmaları pisləyir və tərəfləri dərhal güc tətbiqini dayandırmağa çağırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Morqan Ortequsun bəyanatında deyilir.

“Birləşmiş Ştatlar qəti surətdə Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədindəki zorakılığı pisləyir. Biz tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmaq, həmçinin atəşin dayandırılması rejiminə qəti tərəfdar olmaq üçün onlar arasındakı mövcud rabitənin birbaşa kanallarından istifadə etməyə çağırırıq”, – o deyib.

“ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə qətiyyətli olaraq qalır. Biz bu hədəfin nailiyyətinə yönəldilmiş səylərdə fəal iştirak etməyə davam edəcəyik.

ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaq çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir”, – ABŞ-ın xarici siyasət idarəsində bildiriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=149884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31