“Ali Baş Komandan, silah ver bizə”: Bakıda xalq yürüşü – CANLI YAYIN

15.07.2020 - 00:23

Hazırda Bakıda “Neftçilər” prospekti boyunca yüzlərlə insan hərbçilərimizə dəstək şüarları ilə Azadlıq meydanından Şəhidlər Xiyabanı istiqamətinə hərəkət edirlər. İnsanlar “Şəhidlər ölməz, vətən bölünməz”, “Vur, qır səngəri, Azərbaycan əsgəri” şüarlarını səsləndirirlər. Ərazidə polislər olsa da, xalqın qarşısını kəsən yoxdur. İnsanlar hər an Ali baş komandanın əmrini gözlədiklərini, müharibəyə hazır olduqlarını bildirirlər.

Yürüşdə iştirak edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Musavat.com-a bildirib ki, bu, xalqın içindən gələn vətən sevgisindən doğan bir yürüşdür.

Pənah Hüseyn deyib ki, bu yürüşdə təşkilatçı yoxdur: “Heç biz də təşkilatçı deyilik və yürüşə vətəndaş kimi qatılmışıq. Yürüşə qatılan insanlarda heç bir aqressiya yoxdur. Şüarlar Azərbaycan ordusuna dəstək ifadə edir. “İrəli, Azərbaycan əsgəri”, “Şəhidlər ölməz, vətən bölünməz”, “Ali baş komandan, bizə silah ver” kimi şüalar səsləndirilir”.

Yürüşdə iştirak edən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, qısa müddətdə Qarabağ işğaldan azad edilməlidir:
“Gənclərimizdəki ruh yüksəkliyinə çox sevinirəm. Azərbaycan xalqı göstərir ki, işğal altındakı torpaqlarını unutmayıb. Xalq göstərir ki, vətən sevgisi ilə coşub-daşır. Bu cür gənclərimizlə biz qısa müddətdə işğal atında olan rayonlarımızı işğaldan azad edə bilərik. Yetər ki, bunun üçün komanda verilsin”.

Yürüşə qatılan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə bildirib ki, bu oğulları olan xalq heç zaman məğlub olmayacaq:

“Bu kişilər, bu oğullar olan yerdə məğlubiyyət yoxdur, qalibiyyət var, qalibiyyət var”.

Onun bu sözləri insanlar tərəfindən böyük coşqu ilə qarşılanıb. Xalq “Qarabağ!”, “Şəhidlər ölməz, vətən bölünməz!” şüarlarını səsləndirirlər.

Daha sonra İlham İsmayıl yol polisinin avtomobilindəki səsgücləndirici vasitəsi ilə xalqa müraciət edərək bildirib ki, biz müqəddəs yerdəyik:

“ Başqa yerə gedə bilmərik. Biz istəyirik ki, səfərbərlik elan edilsin, torpaqlarımızı işğaldan azad edək. Şəhidlərimizin ruhuna and içirik ki, əsgərimizlə bir yerdə olub, heç kimin təxribatına uymayacağıq. Düşmən görməlidir ki, biz vətən yolunda birik. Başqa da istəyimiz yoxdur. Sabah biz burada şəhidlərimizi dəfn edəcəyik, and içəcəyik. Ən böyük andımız bu müqəddəs yerdə olacaq. Bundan böyük yer yoxdur.

Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu çıxış  edərək bildirib ki, ilk dəfədir ki, 1990-cı illərdən bəri Azərbaycan xalqı həmrəy şəkildə ayağa qalxıb, Şəhidlər Xiyabanına yürüş edib. Bunu bütün dünya, Ermənistan izləyir. Hər kəs Azərbaycan xalqının qeyrətini, namusunu gördü. Heç bir təxribatlara uymayın. Bu gün biz şəhidlərimiz üçün bura yığışmışıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149960

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930