“İran və Rusiya ilə…” – Tovuz təxribatının pərdəarxası/Video

16.07.2020 - 12:17

“Ermənistanın növbəti dəfə Azərbaycan tərəfini təxribata cəlb etmək səyləri birmənalı olmayan suallar doğurub. Hərçənd ki, ilin əvvəlindən cəbhənin məhz bu hissəsində getdikcə artan təxribat cəhdləri, əslində daha çox geosiyasi mahiyyət kəsb edəcək hadisələrin baş verə biləyini söyləməyə əsas verirdi”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elşən Manafov deyib.

Ekspert hesab edir ki, bu, təxribatın Ermənistandakı sosial-iqtisadi, siyasi reallıqlardan irəli gəlməsi məsələnin görünən tərəfidir:

“Ermənistanda hakimiyyət uğrunda klanlararası savaşın güclənməsi bir sıra amillərlə bağlıdır. Məğlub tərəfin revanş götürmək və hakimiyyəti geri qaytarmaq istəyi öz yerində, bunun üçün əlverişli mühiti isə elə Paşinyan və komandasının özü yaratmışdı. Paşinyanın kosmetik xarakterli islahatlarının ölkədə ciddi və kardinal dəyişikliklərə gətirib çıxarmayacağı bəlli idi. Nə kölgə iqtisadiyyatı aradan qaldırıldı, nə də oliqarx məmurlar zərərsizləşdirilirdi. Sadəcə, əvvəlki klanla bağlı məmurların zərərsizləşdirilməsi, onların siyasi elitaya və elektorata təsir imkanlarının məhdudlaşdırılması istiqamətində iş gedirdi. Bu prosesin özündə əsas məqsəd və amal ölkənin tərəqqisi deyil, kapital və mülkiyyətə nəzarət uğrunda mübarizənin başlayacağı bəlli idi. Bu baxımdan, bu mübarizənin ölkə və regiona nəzarət uğrunda mübarizə aparan güc mərkəzlərinin diqqətində olması da anlaşılandır.

Rusiyaya bağlı klanın küncə sıxışdırılması bu klanla yanaşı, onun sahibini də qıcıqlandırır, hiddətləndirirdi. Paşinyan onu hakimiyyətə gətirmiş Qərbdəki havadarlarının qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməliydi. Ən əsası ölkədə idarəetmə sistemini dəyişdirmək, Qərbin Ermənistandakı siyasi və maliyyə təsisatlarının dayaqlarını gücləndirmək üçün addımlar atmalı, qərarlar qəbul etməliydi. Lakin Rusiyanın buradakı hərbi mövcudluğu, habelə Ermənistanın İrandan enerji asılılığı bu addımların atılmasını ləngidir, mümkünsüz edirdi”.

Elşən Manafov qeyd edib ki, Azərbaycana qarşı təxribata əl atan Ermənistanın bir sıra məqsədləri olub:

“İlk növbədə, Avropanın enerji təhlükəsizliyində özünəməxsus rolu olan neft və qaz kəmərlərinin keçdiyi ərazidə təxribat törətməklə NATO və “Rus NATO”sunu üz-üzə qoymağı planlaşdırırdı. İkincisi, Liviyada maraqları toqquşan Türkiyə və Rusiyanı burada da üzbəüz qoymaqla münasibətləri gərginləşdirmək istəyirdi ki, bulanıq suda balıq tuta bilsin. Üçüncüsü, Qərbə dolayı yolla mesaj verir ki, o, Rusiyanın Avropanın enerji bazarından sıxışdırılıb çıxarılması məsələsində Qərblə həmrəydir, lakin məlum amillərə görə bunu ehtiyatla edir. Eyni zamanda, Azərbaycanın enerji bazarlarına çıxan yollarında isə əngəllər yaratmaqla, bu bazarlarda ölkəmizin opponenti rolunda çıxış edən Rusiya və İrana xidmət göstərdiyini bəyan etmək istəyirdi. Lakin İrəvanın bu hesablamaları özünü doğrultmadı”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150063

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930