Koronavirus mutasiyaya uğramağa başlayıb – Baş infeksionist

17.07.2020 - 16:25

COVID-19 virusu mutasiyaya uğramağa başlayıb, amma bu, ilkin mülahizələrdir.

Bu barədə respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. Baş infeksionist deyib ki, hələlik bu, bir neçə Avropa ölkə alimlərinin müşahidələrində əksini tapıb:

“Alimlər deyir ki, koronavirusun kliniki gedişində müəyyən yumşalmalar var, amma hələlik bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən rəsmi məlumat açıqlanmayıb. Virusun mutasiyaya uğraması zamanı yumşalmaların olması gözləniləndir. Tarixdə də bu cür müşahidələr görünüb. SARS-1, MERS virusları 1-2 il aktiv oldu, daha sonra sönməyə başladı. Hazırda qeyd edilən virusa 1-2 yoluxma faktları olur.

Təbii, hamının arzusudur ki, COVID-19 virusu da mutasiyaya uğrayaraq, yox olsun. Amma bunun üçün də zaman lazımdır. Hər halda, ilkin müşahidələr COVID-19-un da mutasiyaya uğradığını deməyə əsas verir”.

C.İsayev bildirib ki, yaxın zamanlarda bizim ölkəmizdə qeydə alınan COVID-19 ağır gedişə malik idi:

“Son dövrlərdə də ağır gedişli xəstələrimiz var. Virusun mutasiyaya uğraması fikirləri var, amma dəqiqliyilə öz təsdiqini tapmayıb. Bunun təsdiqlənməsi üçün bir neçə alimin apardığı tədqiqatların nəticələri müzakirə olunmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=150243

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31