Ermənistanın Tovuz hücumunun arxasında kimin dayandığını SOCAR açıqladı – “AZƏRBAYCAN QAZININ AVROPAYA NƏQLİNƏ 3 AY QALMIŞ…”

17.07.2020 - 17:10

“Qənaətimcə, Azərbaycan qazının Avropaya nəqlinə başlamasına 3 ay qalmış Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyata başlaması təsadüfi deyil”.

Belə senasion bəyanatla  Xəzər Siyasi Mərkəzinin (CPC) COVİD-19-un enerji sektoruna təsiri ilə bağlı keçirdiyi onlayn müzakirədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

“İndi əməliyyatlar bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhəddində həyata keçirilir. Görüşdən sonra hər kəsi regionun xəritəsinə baxmağa dəvət edirəm. Görəcəksiniz ki, Azərbaycanın enerji resurslarını qərb ölkələrinə və dünya bazarına çıxaran bütün infrastruktur bu bölgədə yerləşir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi şossesi Ermənistanın hərbi əməliyyatları başladığı yerin birbaşa görüntüsü və yaxınlığından keçir. Fürsətdən istifadə edərək Vaşinqtondakı və digər yerlərdəki həmkarlarımızı Gəncə dəhlizinin və Transxəzər bölgəsinin nə qədər həssas olduğunu və Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi və fiziki təhlükəsizliyini necə təmin etmək barədə düşünməyə dəvət edirəm”,- E. Nəsirov əlavə edib.

Xəzər Siyasi Mərkəzinin təşkil etdiyi virtual görüşdə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurd Donnelli, USAİD-in Asiya üzrə köməkçisinin müavini Xavier Pedra, Azərbaycan Energetika nazirinin müavini Elnur Soltanov, Gürcüstanın Enerji inkişaf Fondunun icraçı direktoru Corc Çikovani, BP şirkətinin Amerika ofisinin beynəlxalq əlaqələr üzrə rəhbəri Robert Şer və digər şəxslər iştirak edib.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=150254

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31