Koronavirus xəstəsi evdə hansı dərmandan istifadə edə bilər?

18.07.2020 - 11:49

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva evdə istifadə olunan dərmanlarla bağlı koronaviruslu xəstələrə xəbərdarlıq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, AzTV-nin “Hədəf” verilişində danışan Y.Qarayeva sosial şəbəkələrdə adları çəkilən preparatlardan istifadənin yolverilməz olduğunu deyib:

“Koronavirusun müalicəsi üçün artıq ölkəyə bir miqdarda “Favipiravir” gətirilib. Yenə də gətirilməsi planlaşdırılır. Apteklərdən alınan dərmanlarda isə çox ehtiyatlı olmaq lazımdır. Xüsusən sosial şəbəkələrdə cürbəcür dərman preparatlarının adları çəkilir. Çox ehtiyatla yanaşmaq lazımdır. Dərman preparatının xeyri olduğu kimi, ziyanı da var. Hər dərman preparatını ev şəraitində istifadə etmək olmaz.

Evdə vitamin preparatları istifadə oluna bilər. Pasiyentdə qızdırma olarsa, hərarəti salan dərman preparatları da evdə istifadə oluna bilər.

Antiviral dərmanlardan daha çox evdə istifadə olunan bir-iki preparat var.

Ancaq o biri preparatlar heç bir halda ev şəraitində istifadə olunmamalıdır”.

Milli.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=150286

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31