Ermənilər azərbaycanlı gənci tapana mükafat vəd etdilər

19.07.2020 - 11:28

Ermənilər Ermənistanın dövlət idarələrinin, eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olaraq onları izləyən azərbaycanlı gənc Rəşad İbrahimovu tapana mükafat vəd ediblər. 

Bu barədə Correct.az-a danışan Rəşad İbrahimov bildirib ki, 15 ilə yaxındır ki, İnformasiya Texnologiyaları (İT) mütəxəsisi olaraq çalışır və onların Tovuz hücumundan sonra öz biliklərini ermənilərin üzərindən sınaqdan keçirib:

“Artıq 15 ilə yaxındır ki, İT sahəsindəyəm. Bu istiqamətdə bir çox fəaliyyətlərim olub. Ən son olaraq Ermənistanın dövlət idarələrinin və eləcə də digər iaşə obyektlərinin təhlükəsizlik kameralarına daxil olub onları izləyirəm. Ermənilər döyüş meydanında olduğu kimi texnologiya sahəsində də müasir dövrdən qat-qat geridədilər. Bu işlərimə görə 500-dən çox cəhd edilib “Facebook” hesabımın qırılması üçün. Mütəmadi olaraq bu işlərlə məşğul deyiləm, bu işlə məşğul olsaq kifayət qədər əhəmiyyətli məlumatlar əldə etmək mümkündür”.

Correct.az

 

Short URL: http://www.cumhuriyyet.net/?p=150366

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31