TƏBİB: Koronavirusa yoluxan 333 xəstə reanimasiyadadır

19.07.2020 - 11:48

İyulun 18-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 263 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 619 786-ya çatıb.

Bu barədə virtualaz.org-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8 334-ə bərabərdir. Xəstələrdən 333 nəfəri reanimasiyadadır ki, onlardan da 63-ü süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 18-də Azərbaycanda koronavirus infeksiyasına daha 497 yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=150370

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31