Türkiyə ordusunun komandanları Azərbaycan generalları ilə danışıqlarda “NƏ LAZIMSA ETMƏYƏ HAZIRIQ…”

21.07.2020 - 11:19

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general Ramiz Tahirovla Naxçıvan Əlahiddə Ümumqoşun ordunun komandanı, general Kərəm Mustafayev Türkiyəyə səfər çərçivəsində bu ölkənin müdafiə naziri, Silahlı Qüvvələrin Baş qərargah rəisi ilə danışıqlar aparıb.

Virtualaz.org xatırladır ki, Azərbaycan generalları Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi xain təcüvüzün ardınca Türkiyəyə səfər ediblər. Məqsəd iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair məsələləri müzakirə etməkdir. Bundan əvvəl Ramiz Tahirov və Kərəm Mustafayev Türkiyənin hərbi sənaye naziri və digər rəsmiləri ilə danışıqlar aparmışdılar.

Ötən gün Ankarada baş tutan görüşdə Türkiyənin müdafiə naziri Hulusi Akar bir daha bəyan edib ki, hər cür hücumlara qarşı bundan əvvəl olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bərabər olacaqlar.

Görüşdə Baş qərargah rəisi Yaşar Güler və müdafiə nazirinin müavini Muhsin Dere də iştirak ediblər. Səmimi mühitdə keçən görüşdə nazir Hulusi Akar Ermənistanın təcavüzünə qarşı bir daha Azərbaycana dəstək ifadə edib. “Biz Türkiyə dövləti olaraq, Türkiyə Silahlı Qüvvələri olaraq nə etməyimiz lazımsa bu günə qədər olduğu kimi bundan sonra da etməkdə davam edəcəyik. Bundan heç kimin şübhəsi olmasın”,-Hulusi Akar bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=150518

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31