Azərbaycanda bu tarixlərdə komendant saatı tətbiq ediləcək?

21.07.2020 - 13:31

Xəbər verdiyimiz kimi, iyulun 31 və avqustun 1-i Azərbaycanda Qurban bayramıdır. Daha çox insanlar bayram günləri bir-birinin evinə gedir edir, məclislər təşkil edirlər. Təbii ki, kültəvi toplaşma koronavirusun yayılma sürətini daha da artırır. İnsanların kütləvi məclislər təşkil etməsinin qarşısını almaq üçün Qurban bayramı günlərində ölkədə komendant saatı tədbiq edilə bilərmi?

Deputat Cavanşir Paşazadə bildirib ki, İslam dininin müqqədəs bayramlarından biri də Qurban bayramıdır: “Bu il Qurban bayramı günləri iyulun 31-nə və avqustun 1-nə təsadüf edir. Təəssüf ki, bu il koronavirus pandemiyasına görə müqqədəs Qurban bayramını sərt karantin rejimində qeyd etməli olacağıq. Düşünürəm ki, ilk öncə önəmli olan dövlətimizin və bütün bəşəriyyətin bu bəladan tezliklə canını qurtarmasınıdır. Qaldı ki, Qurban bayramı günlərində komendant saatının tətbiqinə düşünürəm ki, buna ehtiyac yoxdu. Hazırda tətbiq edilən karantin rejimi kifayət qədər sərtdir.

Əlbəttə, karantin rejimi ilə bağlı bütün qərarları Operativ Qərargah verir. Qurban bayramına bir həftədən çox vaxt var. Hesab edirəm ki, Operativ Qərargah yoluxanların, sağalanların artma-azalma dinamikasını və pandemiyanın ölkə ərazisində yayılma sürətini analiz edərək bayram günləri ilə bağlı ən düzgün qərarı verəcəkdir”.

Deputat qeyd edib ki, son günlərin statistikasına baxsaq, sərt karantin rejiminin müsbət nəticələrini artıq görərik: “Hətta sağalanların sayı yoluxanların sayından 2 dəfə çoxdur. Belə ki, iyulun 20-də 369 nəfər koronavirusa yoluxub, 523 nəfər isə sağalaraq evə buraxılıb. Bu azalma onu göstərir ki, artıq insanlarımız koronavirusun nə qədər təhlükəli xəstəlik olduğunu anlayır, qoyulan qaydalara əməl edirlər. Əlbəttə azalma var deyə arxayın olmamalıyıq.  Xatırladım ki, aprel ayındakı yumşalmadan sonra gündəlik yoluxanların sayı 3 dəfə çoxaldı. Ona görə də bir-iki gündə yoluxan azaldı deyə arxayınlaşıb, qoyulan qaydalara məsuliyyətsiz yanaşmaq olmaz”.Konkret.az

Short URL: http://www.cumhuriyyet.net/?p=150563

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31