Bir saat içərisində koronavirus yox olacaq – TARİXİ KƏŞF

26.07.2020 - 12:32

Koronavirusu məhv edən tibbi maska yaradılıb.

“Yeni Gündəm” xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonun Molekulyar Tibb İnstitutunun alimlər qrupu üzərinə düşən koronavirus hissəciklərini neytrallaşdırmağa qadir olan qoruyucu maska yaradıb.

Tədqiqatçılar sınaqların gedişatında maskanı koronavirus molekullarının olduğu məhlula salıblar. Bu halda koronavirus molekullarından 99 faizi bir saat sonra öz xüsusiyyətlərini itirib.

Bu effektin suya davamlı bir neçə təbəqə və xüsusi örtüklü innovativ parça sayəsində əldə edildiyi qeyd olunur.

Alimlər bildiriblər ki, sarğıdan bir neçə dəfə istifadə etmək olar. Fransanın Paster İnstitutunda aparılan sınaqlar nəticəsində məlum olub ki, onu azı 50 dəfə yumaq olar.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 16,1 milyonu ötüb, 647 mindən çox insandan COVID-19-un qurbanı olub.Report

Short URL: http://www.cumhuriyyet.net/?p=150895

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31