Bill Gates ilk dəfə çip taxmaq iddialarına cavab verdi

27.07.2020 - 10:13

Bill Gates uzun müddət sonra ilk dəfə insanların koronavirus pandemiyasını onun adı ilə əlaqələndirərək əsas məqsədin əhaliyə çip taxmaq olduğu iddiasına cavab verib.

Women.az ted.az-a istinadən bildirir ki, Bill ve Melinda Gates təşkilatı ilə birgə koronavirusun qarşısını almaq üçün 300 milyon dollar pul xərcləyən Bill Gates CBS-yə açıqlamasında pandemiyanın yayılmasında əli olmadığını bildirib.

O qeyd edib ki, bu iddiaların necə və haradan yarandığını, həqiqətən, bilmir.

B.Gates həyat yoldaşı ilə birgə təsis etdiyi təşkilatın məqsədinin isə çip taxmaq olmadığını vurğulayıb. O, ümumiyyətlə, bu tip iddiaları çox absurd hesab etdiyini dilə gətirib.

Qeyd edək ki, B.Gates bir müddət öncə verdiyi açıqlamada koronavirusun belə geniş yayılmasını sosial şəbəkələrdə yalan məlumatların dolaşması ilə əlaqələndirmişdi

 

Short URL: http://www.cumhuriyyet.net/?p=150991

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31