Oqtay Şirəliyevlə Ramin Bayramlının həkim davası

27.07.2020 - 11:32

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bir neçə baş həkimi, xəstəxanaların şöbə müdirlərini işdən çıxarıb. İyulun 14-də Bakının ən böyük xəstəxanası hesab edilən 1 saylı Tibbi Klinik Mərkəzin (“Semaşko) direktoru Ədalət Dadaşov işdən kənarlaşdırılıb. Dadaşovdan sonra baş həkimin müalicə işləri üzrə müavini Məhəbbət İbrahimova işdən çıxıb.
İyulun 23-də isə xəstəxananın ginokologiya şöbəsinin müdiri Natəvan Nəbiyeva da yola salınıb və digər şöbələrin müdirlərinə bu həftənin sonunadək öz xahişi ilə işdən çıxmaları üçün xəbərdarlıq edilib. Xəstəxanaya ixtisasca ginekoloq olan İlqar Qafarov direktor təyin olunub.
Bu barədə Meydan TV-yə TƏBİB-dəki mənbə məlumat verib. Onun sözlərinə görə, işdən çıxarılmalara səbəb həmin şəxslərin Səhiyyə Nazirliyinin kadrları olmasıdır: “Bizim qurumla nazirlik arasında çəkişmə var. Ona görə də kim nazirliyə yaxındırsa, yola salınır”.
İşdən çıxarılanlardan biri Meydan TV-yə etiraf edib ki, onlara seçim imkanı verilməyib. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ilə görüşə bilməyiblər. Onlara bildirilib ki, Ramin Bayramlının hansısa şöbə müdirinin işi ilə bağlı şikayəti dinləməyə vaxtı yoxdur: “Xəstəxanadakı tibb işçilərinin az qala yarısı COVİD19-a yoluxub. Dadaşov işdən çıxmadan bir gün əvvəl bir qrup həkim iş şəraiti ilə bağlı narazılığını bildirmişdi. Tez-tez rəhbər dəyişməsi bu xəstəxananın taleyinə yazılıb. Amma təəssüf ki, xəstəxananın nüfuzu hər keçən gün bir az daha aşağı düşür. TƏBİB-in idarəçiliyi sübut edir ki, həkimlər yağışdan çıxıb, yağmura düşüblər. TƏBİB sosial şəbəkələrdə xəstəxana ilə bağlı yazılanlardan nəticə çıxarmalıdır”.
Respublika Perinatal Mərkəzin baş həkimi, ölkənin baş ginekoloqu Sevinc Məmmədova da işdən kənarlaşdırılıb. Adının açıqlanmasını istəməyən başqa bir mənbə isə deyir ki, baş həkim Səhiyyə naziri Oqtay Şirəliyevin kadrı olduğundan ərizə yazıb işdən çıxmağa məcbur edilib.
Bu arada Səhiyyə naziri Oqtay Şirəliyev baş həkimi işdən çıxarıb. O.Şirəliyevin əmri ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Binəqədi rayon 9 saylı köməkçi yardım stansiyasının baş həkimi Fərəcov Cavanşir Bəşir oğlu vəzifəsindən azad olunub. Onun yerinə isə Salman Əliyev təyin olunub. Qeyd edək ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev işdən çıxarıldığı zaman Cavanşir Fərəcov bir günlük onun yerinə təyinat almışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=151023

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930