Təbrizdə pandemiya və su qıtlığı – Əhali ciddi çətinliklə üzləşib

28.07.2020 - 16:47

Təbrizdə bir aydan artıqdır davam edən su kəsintiləri pandemiya dönəmində həyati önəm daşıyan şəxsi gigiyena qaydalarına əməl etməyi çətinləşdirir. 

Təbrizdə fəaliyyət göstərən “Anaj” xəbər agentliyinin yaydığı məlumata görə, bir aydan artıqdır ki, Təbrizin müxtəlif məhəllələrində su müəyyən fasilələrlə verilməkdədir.

“Təbriz əhalisinin böyük bir bölümü su kəsintiləri və su qıtlığı ilə qarşı-qarşıyadır. Hazırda vətəndaşların ən əsas narazılıq və problemlərindən biri su qıtlığıdır,” – agentliyin xəbərində bildirilir.

Şərqi Azərbaycan vilayəti Su və Kanalizasiya Şirkətinin sədri Əlirza İmanlının sözlərinə görə, mövcud içməli su mənbələri artıq Təbrizin ehtiyaclarını qarşılamır. “Keçən 7 il ərzində su istehlakı xeyli artsa da mənbələrin həcmində mütənasib artım olmayıb,” – İmanlı söyləyib.

Su təzyiqinin aşağı olması səbəbilə yüksək ərazilərdə yerləşən evlərdə problemin daha ciddi şəkildə hiss olunduğu bildirilir.

İLNA xəbər agentliyi Təbrizin su probleminin yaxın gələcəkdə çözülməyəcəyini bildirib. Agentliyin yayımladığı reportajda vəziyyətin davam etməsinin faciəvi nəticələr doğura biləcəyinə diqqət çəkilib.

“Təbriz ağır pandemiya şəraitində bir də su kəsintiləri ilə qarşı-qarşıyadır. Bu problem, əhalinin sadəcə bir faizinin belə sağlamlıq qaydalarına əməl etməsinə mane olsa, bir koronavirus faciəsinə yol aça bilər,” – İLNA-nın reportajında qeyd edilib. (Amerikanın səsi)

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151171

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930