TƏBİB rəsmisi: “Sərt karantin rejimi yumşaldıla bilər”

31.07.2020 - 12:27

“Virusa yoluxanların sayı azalan tendensiya ilə davam edərsə, Azərbaycanda sərt karantin rejmi yumuşaldıla bilər”.

Virtualaz.org bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O, yerli telekanallardan birinə verdiyi müsahibədə bildirib ki, yumuşaldılma ilə bağlı qərarı aidiyyəti qurumlar vəziyyəti dəyərləndirdikdən sonra açıqlayacaq.

V.Əliyev qeyd edib ki, yumuşaldılmaya gedilsə belə, ehtiyatı əldən vermək olmaz. İnsanlar yenə də maska taxmalı, sosial məsafə prinsipinə və gigiyenik qaydalara mütləq əməl etməlidirlər. Xüsusilə sağalan insanlar diqqətli olmalıdırlar. Çünkü növbəti dəfə də virusa yoluxma riski var.

Onun sözlərinə görə, insanlar sadalanan bu tələblərə əməl etsələr, yoluxmalar ən minimum həddə enəcək. Bu isə sərt karantin qaydalarının yumşaldılmasına səbəb ola bilər.

Qeyd edək ki, bəzi şəhər və rayonlarda tətbiq edilən sərtləşdirilmiş karantin rejmi avqust ayının 5-də, ölkə üzrə xüsusi karantin rejmi isə 31-də sona çatacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=151378

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31