Rəsul Quliyevin qızı etiraz aksiyası təşkil etdi

01.08.2020 - 11:54

ABŞ-ın əksər ştatlarında ermənilərin Azərbaycana qarşı aqressiyasına və işğalçılıq siyasətinə etiraz olaraq soydaşlarımız kütləvi etiraz aksiyaları keçirilməkdədir.

Pravda.az-a verilən məlumata görə, bu gün də Azərbaycanlıların sayca az olduğu Floridanın ən böyük şəhəri olan Jaksonvill şəhərində də belə aksiyalardan biri baş tutub. Aksiya Ramilə Oraşeva və Xanım Bağırova adlı azərbaycanlı fəalların təşkilatçılığı ilə keçirilib, “İşğala son!”, “Qarabağa Azadlıq!”, “Erməni aqresiyası son!”, “Erməni vəhşiliyinə son!” şüarları səsləndirilib.

Təşkilatçılardan biri olan Ramilə Oraşeva bu tip aksiyaların davamlı olacağını və erməni təcavüzünə etiraz olaraq ABŞ-ın digər ştatlarında da Azərbaycanın haqq səsini ucaldacaqlarını bəyan edib.

Aksiyanın təşkilatçılarından biri Xanım Bağırova Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədri Rəsul Quliyevin qızıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=151513

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31