“Sərt karantin rejimi uzadılmayacaq” – Axır ki, açıqlama gəldi

02.08.2020 - 13:07

“Koronavirus ən yaxşı halda ilin sonuna qədər bizimlə olacaq”.

Sfera.az  xəbər verir ki, bunu infeksionist-hepatoloq Mərdan Əliyev deyib.

İnfeksionist virusa yoluxan insanların sayındakı azalmanı əsas gətirərək, sərt karantin rejiminin uzadılmayacağını bildirib: “Yoluxan insanların sayı azalır, sağalanların sayı isə artmaqdadır. Yəni sağalan xəstələrin sayı yoluxanları dəfələrlə üstələyir. Ona görə bu infeksiya idarəolunan prosesə keçir. Bu baxımdan da yumşalmaya rahatlıqla getmək olar. Çünki bizim səhiyyə sistemimizin buna tam potensialı var. Həmçinin insanların təmiz hava qəbul etməsi, çölə çıxması labüd haldır. Günəş şüalarının yüksək olduğu vaxtın bitməsinə 1 ay qalır. Sentyabrdan etibarən günəş şüalarının intensivliyi azalır. Avqust ayından etibarən isə yaxşı olar ki, insanlar evdə oturmasınlar”.

M.Əliyev yumşalma baş verəcəyi təqdirdə izolyasiya tədbirlərini icra etməyin əhəmiyyətini belə izah edib: “Bu xəstəlik ilk növbədə hava-damcı infeksiyasıdır və tənəffüs sistemi vasitəsilə insanı yoluxdurur. Bu baxımdan qoruyucu maska istifadəsi zəruri olmalıdır. Bundan əlavə, sosial məsafə və əllərin dezinfeksiyası da mütləqdir”.

O, immunitetin yüksəlməsi üçün vətəndaşlara bəzi tövsiyələr verib: “İmmunitetin yülksəlməsi üçün təbii qidalanma mühüm rol oynayır. Evlərə günəş şüalarının düşməsini təmin etmək lazımdır. Otaqları müəyyən fasilələrlə havalandırmaq faydalıdır. Əlavə olaraq bol maye qəbul etməyi səngitməməliyik. Ancaq bunu da qeyd edim ki, immuniteti yüksəldən dərman preparatlarına risk olmadığı müddətcə ehtiyac yoxdur”.

Son olaraq infeksionist koronavirus vaksininin ilin sonuna qədər hazır ola biləcəyini deyib: “Dünya üzrə nəzər yetirdikdə koronavirusa qarşı vaksin üzərində 200-dən çox ölkə çalışır. Amma 3 şirkət var ki, onlar artıq üçüncü mərhələdədir. Bunlar Amerika, İngiltərə və Çindir. Üçüncü mərhələnin mahiyyəti bundan ibarətdir ki, könüllü insanlar üzərində sınaqlar keçirilir. Təxminən bu təcrübələr də 5-6 ay çəkə bilər. Zənnimcə, vaksin ən yaxşı halda ilin sonu, ən gec isə gələn ilə qədər hazırlana bilər”. (news24.az)

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=151582

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31