ABŞ polisi azərbaycanlıya hücum edən ermənini axtarır
Los Anceles polisi ötən ay azərbaycanlılara hücum edərək onlara müxtəlif bədən xəsarəti yetirən erməniləri axtarışa verib.
Axar.az xəbər verir ki, polis həmin hücumda iştirak edən və azərbaycanlılara xəsarət yetirənlər arasında olduğu ehtimal edilən həmin şəxsin görüntülərini yayımlayıb.
Şəhər polisi əhaliyə müraciət edərək həmin şəxsin tapılması üçün kömək göstərməyi xahiş edib.
Qeyd edək ki, ötən ay 4 minə yaxın erməni Azərbaycanın Brentvuddakı konsulluğu yanında icazəli aksiya keçirən 40-50 nəfərlik azərbaycanlı qrupa hücum etmişdi. Ermənilərin hücumu nəticəsində 7 nəfər azərbaycanlı müxtəlif bədəb xəsarətləri almışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=152167