Operativ Qərargahda brifinq: Toylara icazə veriləcəkmi?

15.08.2020 - 12:27

Nazirlər Kabineti yanında Operativ Qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Virtualaz.org xəbər verir kı, budəfəki brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva iştirak edirlər.

Tədbirdə pandemiya ilə bağı ökədəki son vəziyyət haqda məlumat verilib.

Məktəblər nə vaxt açılacaq?

Hikmət Hacıyev məlumat verib ki, dünya üzrə koronavirusa yolxuma sayı 21 milyondan çoxdur. Azərbaycanda son günlər ərzində rəqəmlərdəki müsbət dinamika sevindiricidir. Rəqəmlərin aşağı düşməsi vətəndaşların məsuliyyətli davranışı və karantin qaydalarına əməl etməsi nəticəsində əldə olunub: “Vətəndaşlardan xahiş edirik ki, sosial gigiyana qaydalarına əməl etsinlər və maskadan istifadə etsinlər”.

H.Hacıyev təhsil müəssisələrinin açılması ilə bağlı məsələyə də münasibət bidirib. Onun sözlərinə görə, məktəblərin  açılması araşdırılır və öyrənilir. Digər ölkələrin təcrübəsinə də müraciət edilir. Təhsil Nazirliyi tərəfindən ictimai müzakirələr çərçivəsində bu məsələ kompleks şəkildə müzakirə olunur: “Qərar barədə danışmaq tezdir.Bu, epidemiloji vəziyyətlə bağlı olan bir sahədir. Təhsil müəssisələrinin açılması ilə bağlı məsələyə baxılmaqdadır”.

Çimərliklərdə sıxlıq aradan qaldırılıb

Prezidentinin köməkçisi deyib ki, ötən həftənin sonunda çimərliklərdə sıxlıq müşahidə olunub. Bu həftə bir o qədər də sıxlıq müşahidə olunmur.

H.Hacıyev deyib ki, çimərliklərdə sıxlığın aradan qaldırılması təmin olunub. “cimerlik.az saytına təxminən 40 mindən çox vətəndaşın müaraciət edib.

PA rəsmisi Aşura günü haqda

H.Hacıyev ölkədə Aşura günü ilə bağlı dini mərasimlər məsələsinə də toxunub. Mömin insanlara çox hörmətlə yanaşdıqlarını vurğulayan H.Hacıyev deyib: “Amma indiki epidemioloji vəziyyəti, o cümlədən, digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik”.

İtaliyadan və Çindən gələn həkimlər…

Yaqut Qarayeva isə məlumat verib ki, artıq iki həftədir koronavirusla bağlı Azərbaycanda xarici mütəxəssislər çalışırlar. İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib. Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur.

Qrip əleyhinə peyvəndlər hazırlanacaq

Y.Qarayeva bidirib ki, hazırda əsasən payız ayında müşahidə olunacaq qrip əleyhinə peyvəndlərin hazırlanması istiqamətində işlər gedir: “Tibbi qərargahda iki peyvənd üzərində ciddi iş gedir. Birincisi qrip peyvəndi, ikinci isə COVİD-19-a qarşı olan peyvənddir. Peyvənd tamamilə zərərsiz, təsdiqlənmiş peyvənd olmalıdır”.

Y.Qarayeva əlavə edib ki, koronavirus xəstəliyinə qarşı istifadə olunan peyvənd ÜST tərəfindən təsdiq olunmuş peyvənd olmalıdır.

Sahibkarların üzərinə vəzifə qoyulub ki…

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib ki, iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək. Müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək. Sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda müştərini tibbi maska ilə təmin etsinlər. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidirlər: “Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Müəyyən sahələri var ki, onların fəaliyyətinə ümumiyyətlə icazə verilmir. Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək”.

“Rusiyadakı peyvəndlə bağlı gözləmək lazımdır…”

Yaqut Qarayeva məlumat verib ki, peyvənd üçün Rusiya ilə hər hansı danışığa başlanmayıb. Hər bir peyvənd geniş istifadəsindən öncə 3 əsas mərhələdən keçməlidir. “Biz beynəlxalq səviyyədə tanınan, beynəlxalq təşkilatlarla əlaqəli olaraq hansısa peyvəndi alıb gətirməyi düşünürük. Avropada olan məşhur istehsalçılarla da əlaqəyə girmişik. Rusiyada olan peyvəndlə bağlı gözləmək lazımdır. Məlumatlar çox ümidvericidir. Amma konkret söz demək çox tezdir”,-Y.Qarayeva əlavə edib.

Toylara icazə veriləcəkmi?

Samirə Musayeva bildirib ki, toylar kütləvi şənlik tədbirləri kateqoriyasına aiddir. Bu mərhələdə toyların keçiriməsinə icazə veriməsi  nəzərdə tutulmayıb: “Toylarda yalnız qida qəbul edilmir. Yalnız masa ətrafında yemək yeyəndə maskalardan istifadə edilməyə bilər”.

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=152321

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728