DİN Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama verdi

22.08.2020 - 12:28

Daxili İşlər Nazirliyi AMEA prezidenti Ramiz Mehdiyevin avqustun 18-də Novxanıda nəvəsinə toy mərasimi keçirməsinə münasibət bildirib

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən gün sosial şəbəkələrdə xüsusi karantin rejiminin tələblərini pozaraq Sumqayıt şəhərindəki “Amore” restoranında müğənni Nüşabə Musayevanın özünə ad günü şənliyi keçirməsi barədə məlumat yayılıb:

“Aparılan araşdırmalarla qeyd olunan məlumat təsdiqini tapdığından İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq restoranın sahibi Oqtay Mirzəyev 3000 manat, müğənni Nüşabə Musayeva və onun ad günü şənliyində iştirak edənlərin hər biri isə 200 manat məbləğində cərimə ediliblər.

O ki qaldı sabiq millət vəkili İlham Əliyevin Novxanıdakı bağ evində övladına toy məclisi təşkil etməsinə, bu məsələ də hazırda tərəfimizdən araşdırılır. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=152761

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728