MEHDİYEVİN QONAQLARINI DA CƏZALANDIRIRLAR! – Abel Məhərrəmov, Əli Abbasov və daha kimlər… (FOTO)
BDU-nun sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə sabiq millət vəkili İlham Əliyevin karantin qaydalarını pozaraq övladı üçün təşkil etdiyi toy mərasimində iştirak etdiklərinə görə cərimələniblər.
“Report” xəbər verir ki, hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə dörd yüz manat məbləğdə cərimə edilib.
DİN Mətbuat Xidmətindən faktı “Report”a təsdiq ediblər.
Sosial şəbəkələrdə yayılan məlumata görə, 400 manat cərimə olunanlar arasında Siyavuş Novruzov və onun həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da var.

Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=152837