Şəfqət bacıları doğum günü olan əsgərin dünyaya dönüm gününü də qeyd etdilər

02.10.2020 - 11:02

Təsirli videodur. Yaralı əsgər. Ad günü hayında olmayan, canı ağrıyan igid döyüşçü. Yanında ana yox, bacı yox. 

Birdən qapı açılır və əllərində tort və üçrəngli bayraq olan şəfqət bacıları içəri daxil olur. Biri qazi gizirin saçını sığallayır, biri ona tort şamı üfürtdürür…

Bu, onun həm birinci dəfə dünyaya gəldiyi gündür, həm də yenidən dünyaya qayıtdığı gündür. İraq-iraq, yaxşı ki, yarası ağır olmayıb.

Bu mələksima tibb bacılarının bu hərəkəti də təqdirəlayiqdir. Kimin ağlına gəlibsə, ağlıyla min yaşasın.

Millət belə olur, hamı əldə silah döyüşməyə bilər, səngərlər fərqli ola bilər, fəqət ürəklər bir döyünəndə ortaya belə riqqətdoğurucu mənzərələr çıxır.

Short URL: http://www.cumhuriyyet.net/?p=155249

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31