Azərbaycan səfirliyindən Almaniya mətbuatının yaydığı dezinformasiyalara CAVAB

02.10.2020 - 15:47

Azərbaycanın Almaniyadakı səfirliyi yerli kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.

Musavat.com səfirliyə istinadən xəbər verir ki, müraciətdə son zamanlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində həyata keçirdiyi növbəti hərbi təxribatları ilə bağlı Almaniya KİV-də çoxsaylı məlumatlar və məqalələrin dərc olunduğu, habelə reportajların yayımlandığı bildirilib.

Qeyd olunub ki, dərc olunan məlumatlar və yayımlanan reportajların bəzilərində Azərbaycanın “müsəlman”, Ermənistanın isə “xristian” olması xüsusilə qabardılıb, nəticədə oxucu və ya tamaşaçıda süni olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sanki dini zəmində baş verən münaqişə olması təəssüratı yaradılmasına cəhd edilib.

Müraciətdə sözügedən münaqişənin Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları nəticəsində yaranmış dövlətlərarası münaqişə olması, habelə bütün tanınmış alman ekspertlərinin də bu faktı qəbul etməsi media mənsublarının diqqətinə çatdırılıb. Həmçinin qeyd olunub ki, dərc olunan və yayımlanan məlumatların bəzilərində guya “Dağlıq Qarabağın sovet dövründə Azərbaycana verilməsi” kimi yanlış informasiya öz əksini tapıb.

Müraciətdə bunun tarixi həqiqətlə tamamilə ziddiyyət təşkil etdiyi, sözügedən bölgənin həmişə Azərbaycana məxsus olması tarixi faktlarla əsaslandırılıb. Media nümayəndələrinə peşəkar fəaliyyətləri zamanı faktların diqqətlə araşdırılmasına, obyektiv jurnalistika meyarlarına əməl olunmasına və sözügedən məqamların nəzərə alınmasına dair çağırış edilib.

Müraciətdə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi aspektləri, Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi son hərbi təxribatlar barədə ətraflı məlumat verilib, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə dair xəritə təqdim olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=155270

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930