Millimizin futbolçusu məhkəmə qarşısında: 3 il həbs oluna bilər

06.10.2020 - 10:24

Azərbaycan millisinin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq.

“Report” “futbolbalear.es” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Eybar”da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.

İsrafilovla yanaşı, sözügedən oyunçular barədə də qərar veriləcək. Günahları sübuta yetirilərsə, Enriç və Luna 5 il, İsrafilov isə 3 il müddətinə azadlıqdan məhrum oluna bilərlər. Onlar eyni zamanda zərərçəkmişə təzminat da ödəməli olacaqlar.

San-Sebastyan cinayət məhkəməsinin iclası oktyabrın 14-də olacaq.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=155473

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31