Sabiq nazir Tofiq Zülfüqarov Laçın və Xankəndindən danışır! Ölkə gündəmi “Canlı debat”da

02.12.2020 - 12:37

Laçından sonrakı proseslər əsasən nələr olacaq? Azərbaycanın 1 dekabrdan sonrakı hədəfləri nədir? Xankəndi, Xocalı, Ağdərə bu hədəflərə aidmi? Prezident dedi ki, Qarabağ münaqişəsi termini ortadan qalxıb. Azərbaycan yeni mərhələyə adlayıb. Bu mərhələnin əsas trendləri nələr olacaq?

Türkiyə-Rusiya birgə müşahidə mərkəzinin yaradılması haqda razılıq da imzalandı. Mərkəz yaxın günlərdə fəaliyyətə başlayacaq. Bəs Türkiyə hərbçiləri nə vaxt gələcək? Son durum necədi bununla bağlı?

Prezident İlham Əliyev xalqa son müraciətində xeyli yeni informasiyalar da verdi: 1.Prezident dedi ki, regionda yeni ittifaq yarana bilər: o, Türkiyə, Rusiya, Azərbaycan və İran müttəfiqliyini nəzərdə tutaraq, bunları söylədi. Qərbin daha çox bu tendensiyaya görə Azərbaycana təzyiqə başladığına işarə verdi; 2. Qəbul olunmuş 3-lü bəyanata müdaxilə cəhdlərinin olduğunu söylədi:”Belə olarsa, Azərbaycanın sərt mövqeyilə üzləşəcək həmin qüvvələr”; 3.Laçın dəhlizinin eninin əvvəlcə 30 km olmasını, sonra 10 km olmasını istəyib Rusiya. İlham Əliyev isə bunu 5 km-ya salıb. Bu gərgin danışıqlar bizə hansı mesajlarə verir?
Prezident İlham Əliyev yenə dedi ki, ermənilər özlərini yaxşı aparsalar, dinc qonşuluq münasibətində yaşaya bilərlər. Erməni faşizmi baş qaldırsa başlarını yenə əzəcəyik, söyləyib. Prezident artıq neçənci dəfədir ki, Ermənistan cəmiyyətinə açıq mesajlar və birgəyaşayış çağırışları verir. Onlar bunu dəyərləndirəcəklərmi?

Bu və digər sualları bu gün sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə edirik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilərlər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, suallarınızı ünvanlaya bilərsiz.

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=157925

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930