Şarovski: “Öz yəhudi qardaşlarımla torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgərlərimizin xatirəsi qarşısında əyilirik”

04.12.2020 - 16:23

“Əziz həmvətənlər! Bu gün həm təntənəli, həm də kədərli gündür. Azərbaycan Prezidentinin sərəncamı ilə bu gün saat 12.00-da bütün ölkə ərazisində Vətən müharibəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bütün ölkə ölkəmizin azadlığı uğrunda canından keçmiş övladlarımız, oğullarımız qarşında baş əydi”.

APA-nın məlumatına görə, bunu Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri, tanınmış rejissor Aleksandr Şarovski deyib.

O, böyük şəxsiyyətlərin tarixdəki roluna toxunub: “Mən bu yerdə böyük şəxsiyyətlərin tarixdəki rolundan danışmaq istəyirəm. Böyük Heydər Əliyev bizə böyük İlham Əliyevi bəxş edib. İlham Əliyev öz üzərində böyük məsuliyyət götürdü. 17 ildə güclü, qüdrətli Azərbaycan yarardı, güclü, qüdrətli ordu qurdu. Odumuz onun rəhbərliyi altında işğalçıları bizim müqəddəs torpaqlarımızdan qovdu və bizim ölkə qalib ölkə oldu.

Mən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Ağdam məscidinə ayaqqabılarını çıxararaq girmələrini heç vaxt unuda bilmərəm. Onlar bizim torpaqların qoruyucu mələyi kimi addımladılar. Bu, unudulmaz anlardır. 44 gün ərzində bütün dünyanı sarsıdan Azərbaycan qalib ölkə oldu. Bizim Prezidentimiz bütün prezidentlərin ön sırasındadır. Bu gün onun təşəbbüsü ilə BMT Baş Assambelyasının pandemiya ilə mübarizəyə dair toplantısı keçirilir”.

A. Şarovski Vətən müharibəsi şəhidlərinin böyük şücaət göstərdiyini vurğulayıb: “Mən bu gün bizim sinaqoqda öz yəhudi qardaşlarımla torpaqlarımızın azadlığı uğrunda müqəddəs canından keçmiş əsgərlərimizin xatirəsi qarşısında əyilirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158017

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930