Bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

05.12.2020 - 16:42

Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Operativ Qərargahdan Musavat.com-a bildirilib ki, buna uyğun olaraq, Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-də saat 06.00-dək uzadılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=158055

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728