İcazəsiz evi tərk edənlər mobil qruplar vasitəsi ilə müəyyən edilir

15.12.2020 - 15:22

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, paytaxtın hər bir nöqtəsində, eləcə də respublikanın digər iri şəhərləri ilə yanaşı, bölgələrdə də xidmətə cəlb olunan polis və daxili qoşunların hərbi qulluqçuları tərəfindən karantin qaydalarına əməl olunmasına nəzarət daha da gücləndirilib.

Müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı, polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir. Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur.

“Bir daha vətəndaşlarımızı sərtləşdirilmiş karantin rejimi dövründə polis əməkdaşları ilə yanaşı, bu virusla mübarizə aparan digər dövlət orqanları ilə birgə həmrəylik nümayiş etdirməyə çağırırıq”, – Mətbuat xidmətindən bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158452

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728