“İbrahim Tatlısəsin vurulmasına sevindim” – illərlə davam edən məhkəmə prosesindən ilginc təfərrüat

18.12.2020 - 15:09

“İbrahim Tatlısəsin vurulmasına sevindim”.

Bu sözləri İbrahim Tatlısəsin vurulmasında günahlandırılan Abdullah Uçmak ötən gün məhkəmə prosesində səsləndirib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, doqquz il əvvəl odlu silah ilə başından vurulan İbrahim Tatlısəsi öldürmək istəyənlərə qarşı açılan ağır cinayət işi yenidən gündəmə gəlib. Sonuncu məhkəmə prosesində məşhur müğənniyə və həmin an yanında olan köməkçisi ilə sürücüsünə atəş açanlara 26 ildən 40 ilə qədər həbs cəzası istənilib.

Hazırda həbsdə olan və cinayətin sifarişçisi kimi tutulan Abdullah Uçmak həmçinin Yunus Ayık ilə Ersin Altun haqqında qərara yenidən baxılacaq. Hər üç müttəhimin 40 il həbs cəzasına məhkum edilməsi gözlənilir.

abdullah_ucmak_allah_var_ibrahim_tatlises_in_vurulduguna_cok_sevindim_h130729_5cfad.jpg (38 KB)

Ona qarşı olan bütün ittihamları rədd edən Abdullah Uçmak isə sonuncu məhkəmədə verdiyi yeni ifadəsində “İbrahim Tatlısəsin vurulmasına çox sevindim”- deyərək peşman olmadığını bildirib.
Xatırladaq ki, İbrahim Tatlısəs və həmin an yanında olan köməkçisi ilə sürücüsünə 2011-ci ilin martında atəş açılmışdı. Bu səbəbdən müğənni uzun illər səhnə fəaliyyətinə ara vermişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158579

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031