Koronavirusun mutasiyası əvvəlkindən 70 faiz daha yoluxucudur

20.12.2020 - 15:36

Avropa təlaşda – Hollandiya İngitərədən gələn uçuşları dayandırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ortaya çıxmaqda olan yeni koronavirus mutasiyası ilə əlaqədar İngiltərədəki səlahiyyətlilərlə “sıx təmasda olduqlarını” açıqlayıb. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, yeni mutasiya orijinal virusdan daha sürətli yayılır, lakin daha ölümcül sayılmır. Paytaxt London da daxil olmaqla Cənub-Şərqi İngiltərənin geniş sahələrində, virusun yayılmasının qarşısını almaq üçün yeni, daha sərt tədbirlər görülür. Yeni mutasiyanın peyvəndlərə daha fərqli cavab verməsi ilə bağlı hər hansı sübut yoxdur.

İngiltərənin baş naziri Boris Conson “xeyli qeyri-müəyyənlik” olmasına baxmayaraq, yeni mutasiyanın köhnədən 70 faiz daha yoluxucu olduğunu bildirib. Bununla birlikdə, səlahiyyətlilər yeni mutasiyanın daha çox ölümə səbəb olduğuna və ya aşılara və müalicələrə fərqli cavab verdiyinə dair bir dəlil olmadığını vurğulayıb.

İngiltərədə ortaya çıxan yeni koronavirus mutasiyasının Hollandiya və Belçikada da ortaya çıxdığı açıqlanıb. Hollandiya hökuməti yeni mutasiyanın yayılmasının qarşısını almaq üçün İngiltərədən gələn sərnişinlərə birtərəfli uçuş qadağası tətbiq edib. Hollandiyanın Səhiyyə Nazirliyi əvvəllər olduğundan yüzdə 70 daha çox yoluxucu olan yeni koronavirus mutasiyasının ölkədə dekabrın əvvəlində aşkarlandığını açıqlayıb. Nazirlik virusun Hollandiyaya necə və harada gəldiyini araşdırır.

Leuven Universitetinin bir virusoloqu Marc Van Ranst, mutasiya edilən virusun Belçikada da ortaya çıxdığını açıqlayıb. Belçikalı mütəxəssis, araşdırılan 2 min nümunə arasında 4 yeni mutasiya hadisəsi aşkar etdiklərini, lakin vəziyyətin hələ həyəcan verici olmadığını söyləyib. Yeni mutasiyanın yaxından izlənilməli olduğunu vurğulayan Van Ranst, “Virusdakı qəribə dəyişikliklərin peyvənd tətbiq edildiyi zaman insanların xəstələnməsinə səbəb olduğunu da bilməliyik.”Peyvənd istehsalçılarına görə, yeni mutasiya koronavirus peyvəndlərinin effektivliyini hələlik mənfi təsir etməyəcək.

İngiltərədə virusun sürətlə yayılmasının ardından, Hollandiyanın Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutu (RIVM), İngiltərədən gələn səyahətçilərin qarşısının alınması üçün təcili məhdudiyyətlər istəyib. Hollandiya hökuməti hava sahəsini bazar günü səhər 06: 00-dan İngiltərədən gələn sərnişinlər üçün bağlayıb. Birtərəfli uçuş qadağası ən az 1 yanvar 2021-ci ilə qədər davam edəcək. Yük nəqliyyat və tibb işçiləri uçuş qadağasından azad edilib. Hollandiyadan yola düşən təyyarələr İngiltərəyə sərnişin apara biləcək, ancaq boş qayıtmaq məcburiyyətindədir. Hollandiya Xarici İşlər Nazirliyinə görə, İngiltərədən Hollandiyaya qatar, avtomobil və ya qayıqla səyahət etmək hələ də mümkündür. Hollandiya hökuməti, İngiltərədən havadan başqa yollarla səyahət etmək istəyənlərə qarşı əlavə tədbirlər görülməsinin mümkünlüyünü də araşdırır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=158642

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031