Bitməyən koronavirus kabusu: ölüm halları niyə artır – mütəxəssis rəyi

29.12.2020 - 10:35

Son günlərin koronavirusla bağlı statistikası onu göstərir ki, yoluxma sayı azalsa da, ölüm sayları azalmır. Məsələn, yazını hazırladığımız zaman Azərbaycanda koronavirus infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 45 nəfər isə vəfat edib.

Göründüyü kimi, sərt karantin və təcrid rejiminə keçəndən bəri yoluxma göstəriciləri 3 dəfə azalıb. Lakin ölüm statistikası çox yüksəkdir. Bunun əsas səbəbi nədir? Niyə yoluxma düşür, amma ölüm rəqəmləri düşmür? Virus daha aqressiv ştamma mutasiya olunub? Böyük Britaniyadakı kimi, bizdə də COVİD -19-un daha təhlükəli növü yayılıb?

Mövzu ilə bağlı ekspertlərin rəyini almağa çalışdıq.

“Yeni Müsavat”a məsələ ilə bağlı münasibət bildirən Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirdi ki, mutasiyaların gələcəkdə özünü necə göstərəcəyini öncədən söyləmək çox çətindir: “Ümid edirəm ki, virus mutasiya olub, tədricən zəifləyər, həm potogenliyi, həm də virulentliyi azalar. Amma realda necə olacaq, onu demək çox çətindir. İnsanlarımızda COVİD-19 bədbinliyi bitməmiş, Böyük Britaniyada daha patogen olan mutant B1.1.7 haqqında məlumatların yayılması insanlarda daha çox psixi gərginlik, panika, depressiya yaradıb. Əslində bu bir az da orqanizmin immun qabiliyyətinin zəifləməsinə və insanlarda xəstəliyin gedişinin pisləşməsinə səbəb ola biləcək faktorlardandır. Amma mutasiyalar necə olacaq, bunu bilmək üçün, yenə deyirəm zaman lazımdır. İndidən demək çox çətindir. Sadəcə, görünən odur ki, bu infeksiya ilə bir müddət yanaşı yaşamağa məcburuq. Buna öyrəşib, adaptasiya olunub, yaşamağa öyrəşməliyik. Ən əsası karantin qaydalarına əməl etmək, sosial məsafə saxlamaq, qoruyucu maskalardan istifadə etməkdə davam etməliyik”.

ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri:

Rafiq Bayramov: “Ümid edirəm ki, virus mutasiya olub, tədricən zəifləyər, həm potogenliyi, həm də virulentliyi azalar”

Kafedra müdiri son vaxtlar koronavirusdan ölüm hallarının artmasına da münasibət bildirib: “Düşünürəm ki, vəfat edənlər yoluxmanın pik olduğu dövrdə xəstələnənlərdir. Həmin vaxtda müalicə aparılsa da, effektsiz olub. Yəni yoluxma sayının azalması realdır. Doğrudan da azalıb. Bu, rəsmi rəqəmlərdə də özünü göstərir. Ölüm saylarının yüksək olması yoluxmanın pik dövründə xəstələnənlərlə bağlıdır”.

Kafedra müdiri “payızdan bəri yoluxmadakı kəskin artım virusun mutasiya olunması ilə bağlıdırmı” sualını da cavablandırıb: “Bu infeksiya bütün dünya üçün aktualdır. Təkcə bizim ölkədə yayılmayıb. Tənəffüs infeksiyalarının sürətlə yayılması üçün dünyanın bir hissəsindən o biri hissəsinə saatlar lazım olur. Azərbaycanda da infeksiyanın yayılma göstəriciləri vaxtaşırı olaraq müxtəlif olub. Yeri gəlmişkən, qeyd edim ki, mübarizə tədbirləri yetərincədir. Azərbaycanda istər koronavirusla mübarizə tədbirlərinin təşkili, istər də qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində çox işlər görülüb. Düşünürəm ki, mübarizə tədbirləri adekvat olaraq qənaətbəxşdir. Payız aylarında, havaların soyuduğu zaman infeksiyaya yoluxanların sayındakı artımı əslində əvvəldən də gözləyirdik. Bilirsiz, havalar soyuyan zaman tənəffüz infeksiyalarına yoluxmalar artır. İnsanlar qapalı məkanlarda daha çox təmasda olur, yoluxma riski də çox olur. Eyni zamanda havalar soyuyan zaman bu infeksiyaların artma tempi də çox olur. Buna görə də əvvəlcədən gözlənilən idi ki, yoluxma artacaq. Mutasiyaların olmasına görə artımın olmasını demək çox çətindir. Çünki orada genetik müayinələrin təyin olunması lazımdır. Sadəcə, müşahidələr və fərziyyələr ola bilər ki, müəyyən qədər fərqli növlər olsun. Viruslarda o qədər mutasiyalar olur ki?! Yəni olma ehtimalı da var. Hər bir növdən başqa mutant növlərin əmələ gəlməsi normaldır”.

Səhiyyə » Gundelik-Baku.Com

R.Bayramov son dövrlər əksər insanların həkimin göstərişi olmadan kompüter tomoqrafiya (KT) etməsini tənqid edib: “Ümumiyyətlə, ağciyərdə, nəfəs orqanlarında olan dəyişikliklərin aşkar olunması, o cümlədən tənəffüs infeksiyalarının diaqnostikası üçün müxtəlif müayinə üsulları var. Ən sadə müayinədən mürəkkəbə doğru, ən ucuzdan bahalıya doğru, eləcə də  xəstəyə ən az zərər yetirən müayinədən başlamaq lazımdır. Düzdür, KT müayinə ağciyərdə olan dəyişikliyi müəyyən etmək üçün informativ bir üsul olsa da, amma şüa yükü çoxdur. Üstəlik, bəzi hallarda heç göstəriş olmadan, heç xəstəlik olmadan, şikayət olmadan müayinə olunurlar, amma bilmirlər ki, bu çox zərərlidir. Çünki bir dəfə tomoqrafik müayinədən keçmək 3-5 illik şüa yükü almaq deməkdir. Ona görə də insanların özbaşına kompüter tomoqrafiyadan keçməsi düzgün deyil. Hələ bu bir kənara qalsın, öz-özünü müalicə, profilaktika da bu gün çox aktualdır. Öz-özünü müalicə ağırlaşmalara səbəb olur”.

Adil Allahverdiyev: "Vaksinasiya ilə qısa zamanda virusu əngəlləyə bilərik"  | Report.az

Adil Allahverdiyev: “Evdə qalmaq, həkimə vaxtında müraciət etməmək və özbaşına müalicə olunmaq mövcud vəziyyəti ağırlaşdırır”

Ölüm saylarının artması ilə bağlı Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev də açıqlama verib. “Ölüm sayının azalmamasının səbəbi ən çox xəstələrin evdə olması ilə bağlıdı. Evdə qalmaq, həkimə vaxtında müraciət etməmək və özbaşına müalicə olunmaq mövcud vəziyyəti ağırlaşdırmış olur.

Xəstəxanaya vaxtında yerləşdirilən xəstələrdə bu hadisələr baş vermir. Təbii ki, olaya fərqli yanaşmaq və analiz etmək lazımdır. Ola bilər ki, bizdə poliklinika xidməti daha da gücləndirilməlidir ki, evdə olan xəstələr ciddi kontrol altında olsun. Xəstələrlə telefon bağlantısı olmalı, ciddi şəkildə diqqət göstərilməlidir.

Adolf Hitler millət vəkili seçildi - FOTO

Əgər ailə üzvlərinin birində COVID-19 virusu varsa, ondan nümunə alınırsa, mütləq digər ailə üzvlərindən də nümunələr götürülməlidir”.

“Yeni Müsavat”ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) mövzu ilə bağlı cavab verilib: “Ölüm hallarının azalmaması xəstələrin ağırlıq dərəcəsindən asılıdır. Hazırda reanimasiyada olan xəstələr var. Ölüm hallarının sayının yeni yoluxma ilə əlaqəsi yoxdur. Özbaşına evdə müalicə olunan xəstələr var”.

“COVİD 19 daha aqressiv ştamma mutasiya olunub? Böyük Britaniyadakı kimi, bizdə də virusun yeni variantı ola bilərmi?” suallarına gəlincə isə TƏBİB-dən cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda koronavirusun yeni növü qeydə alınmayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159001

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031