Balasanyanın hədəsi: yazda müharibə olacaq? – deputat Aydın Mirzəzadə canlı yayında

04.01.2021 - 15:51

Dağlıq Qarabağda qalan ermənilər hər gün bir qanunsuzluqla qıcıq yaratmağa çalışırlar. Qondarma rejimin terrorçubaşı Araik Aryutunyan Xankəndində erməni hərbçilərə medal paylayır, məktəblərin birində rus bayrağı ilə “dqr” əskisi yanaşı qoyulur, Xocavənd istiqamətində təxribata yol verilir, Rusiya sülhməramlıları özlərini ermənilərin “qoruyucu mələyi” kimi aparır və bu proseslər Azərbaycan ictimai rəyində heç də yaxşı qarşılanmır.

Elə onun nəticəsidir ki, Prezidentin fərmanı ilə yaradılan Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda əhalinin 99 faizi rus sülhməramlıların Dağlıq Qarabağda sülhü təmin edəcəyinə inanmır, yəni cəmi 1 faiz inanır.

Rəsmi İrəvan isə “artsax” quldurlarının davranışlarının, meşələrdəki diversantların təxribatlarının məsuliyyətini üzərindən atır.

Paralel olaraq isə Ağdamda orta qurulacaq Türkiyə-Rusiya Monitorinq Mərkəzinin tikintisi gedir, Soçidə XİN başçıları Qarabağı müzakirə edir, politoloq Maksim Şevçenko isə yaz aylarında növbəti əməliyyatlar ola biləcəyi, növbəti müharibə ehtimalını irəli sürür. Qondarma qurumun “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan da deyir ki, Hadrut, Əsgəran və Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş başqa ərazilər zamanla geri qaytarılacaq.

Qarabağ orbiti ətrafında dövr edən bu prosesləri TV Musavat-ın canlı yayınında, saat 16:00-da “Həftə içi” proqramının aparıcısı Emil Salamoğlu deputat Aydın Mirzəzadə ilə müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=159230

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930