KİA-nın yeni loqosunun təqdimatı Ginnesin Rekordlar Kitabına düşüb

07.01.2021 - 11:12

Cənubi Koreyanın aparıcı avtomobil istehsalçısı KİA özünün yeni loqosunu və yeni şüarını (“İlham verən hərəkət”) ictimaiyyətə təqdim edib.

Report bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı ölkənin İnçon şəhərində keçirilən tədbirdə 303 dron sinxron şəkildə fişəng ataraq yeni loqonu səmada izləyicilərə göstərib. Bununla da, tədbir eyni vaxtda fişəng atan dronların sayına görə rekord vuraraq Ginnesin Rekordlar Kitabına düşüb.

“Yeni loqomuz dəyişiklik və yeniliklərin simvolu olduğumuzu əks etdirir. Avtomobil sənayesi sürətli dəyişiklik tələb edir. KİA da buna uyğunlaşır”, – KİA-nın prezidenti və baş icraçı direktoru Ho Sunq Sonq bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=159410

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728