Üç mühüm sahəni kurasiya edəcək yeni nazir: ABŞ təhsilli maliyyəçi…

27.01.2021 - 10:41

Yanvarın 26-da Prezident İlham Əliyev Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. Prezidentin sərəncamı ilə Rəşad Nəbiyev yeni nazir təyin edilib.

Rəşad Nəbi oğlu Nəbiyev 1977-ci il avqustun 26-da doğulub. 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb, 2000-2002-ci illərdə isə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Daha sonra R.Nəbiyev təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək, 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

“Azərkosmos” ASC-yə sədr təyin edilməzdən əvvəl, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

Rəşad Nəbiyev — Vikipediya

Rəşad Nəbiyev

2002-2004-cü illərdə  Mərkəzi Bankın Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

Prezident İlham Əliyevin 2011-ci il 24 yanvar tarixli sərəncamına əsasən, “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilmişdi.

Ramin Quluzadəyə gəlincə, o, 2016-cı ilin yanvarında rabitə və yüksək texnologiyalar naziri təyin olunmuşdu. 2015-2016-cı illərdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsində çalışmışdı.

2017-ci ilin fevralında isə Nəqliyyat Nazirliyi ləğv olunaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilmiş və R.Quluzadə yenidən nazir təyin edilmişdi.

Ramin Quluzadə yeni vəzifəyə TƏYİN EDİLDİ | KONKRET

Ramin Quluzadə

Ramin Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ramin Quluzadə nazir müavini olmamışdan əvvəl Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadənin vəzifəsinin öhdəsindən gələ bilməməsi barədə medaiada da bəzi məlumatlar yayılırdı. Müxtəlif media orqanlarında və sosial şəbəkələrdə nazirin öz iş funksiyasını yerinə yetirə bilmədiyi barədə iddialar səsləndirilirdi. Nazirlikdə kimin daha çox söz sahibi olması, yeni yaranan İnnovasiya Agentliyi rəhbərliyinə yersiz müdaxilələr, nazirliyin AzİnTelekom qurumunun rəhbəri ilə İnnovasiya Agentliyinin rəhbəri arasında baş verən kəskin qarşıdurmalar, nazirliyin nəhəng strukturları olan «AzTelekom» və «Baktelekom» ilə özəl provayderlər arasındakı qarşıdurmalar və məhkəmələr bu sektorda hamıya bəlli idi.

Prezident İlham Əliyev sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə yeni vəzifə verib. Ölkə başçısının bununla bağlı sərəncamında qeyd olunur ki, R.Quluzadə Azərbaycan Prezidentinin İşlər müdiri təyin edilib. Xatırladaq ki, buna qədər Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazov idi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160346

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930