Koronavirusa qalib gələn, oksigen anbarı sayılan “Buzlar ölkəsi” haqqında MARAQLI FAKTLAR

30.01.2021 - 15:02

Burada qoyun başı və köpək balığı yeyilir …

Ciddi karantin qaydaları yaradan İslandiyada COVİD-19-a ümumi yoluxma sayı hələ 6 mini keçməyib. Ölkədə koronavirusun səbəb olduğu ümumi ölüm sayı isə cəmi 29 nəfərdir.

İslandiya (“buzlar ölkəsi”) Atlantik okeanının şimal hissəsində yerləşən ada dövlətidir. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 123 min kv. km-dir. İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur.

Koronavirusa qarşı demək olar ki, zəfər əldə edən bu ölkə haqqında maraqlı məlumatları təqdim edirik.

En Güvenli Ülke İzlanda, Avustralya 18'nci, Türkiye 107'nci Sırada

İslandiyada bildiyimiz kimi soyad qanunu yoxdur. Kişilərdə ata adına “son”, qadınlarda “dottir” əlavə edərək, soyad yaradırlar. Həddindən artıq soyuq bölgələr kimi İslandiyada da tundra iqlimi var, buna görə də bitki örtüyü yalnız inkişafdan qalmış otlardan ibarətdir. Ancaq zamanla aparılan işləri ilə, xüsusilə ölkənin ikinci böyük şəhəri olan Akureyridə uzun bir yol qət edildiyi görünür.

Ölkənin koronavirusa qalib gəlməsi bəlkə də uzun müddət dünyanın qalan hissəsindən tamamilə təcrid olunmalarının təsiridir. Bununla birlikdə ana dilləri olan İsland dili onlar üçün son dərəcə vacibdir. O qədər ki, məşhur markaların adını belə dəyişdirirlər. Dillərinə yad bir söz salmaq istəmirlər. Misal üçün, dünyanın məşhur markası olan “Apple” şirkətinin istehsal etdiyi “iPad”ə “spjaldtovla” deyirlər.

sheeps-head-svid-icelandic-food-cuisine | The Culture Map

Şimalda olmağın təsiri ilə ənənəvi yeməkləri arasında qoyun başı və ya köpəkbalığı kimi bir qədər ürküdücü yeməklər də var.

Köpək balıqları zənn edildiyi qədər qorxulu deyil - FOTOLAR » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

İslandların mətbəxi bizim üçün çox qəliz görünsə də, əslində onlar üçün çox bəsitdir. Mətbəx əsasən qurudulmuş və təzə balıq ətindən hazırlanan məhsullardan, həmçinin süddən ibarətdir. Balıqdan hazırlanan yeməklər islandların ənənəvi milli yeməyi hesab edilir.

Uzun yıllar ağaçsız bir ülkeydi

Əkinçilik baxımından zəif torpaqların olmasına görə, mətbəxlərində ət yeməkləri daha çoxdur.

Doyumlu bir qəlyanaltı sayılan sosiskalı sandviç İslandiyada həddindən artıq çox yeyilir. Burada günün istənilən saatında sosikalı sandviç yeyən bir insan görə bilərsiniz.

Koronawirus w Polsce. Za jedzenie lub picie, czy palenie papierosa na  ulicy, można dostać mandat - NWK24 - PORTAL INFORMACYJNY

Ölkə elə “parlaq” bir ölkədir ki, yaydan və qışdan, gündüzdən və gecədən asılı olmayaraq, bütün il boyu avtomobilin işıqları yanılı olur. Bundan əlavə, ölkə sərhədləri daxilində magistral yol yoxdur və yolların əhəmiyyətli bir hissəsi hələ də torpaq ərazi olduğu üçün daha çox mühərriki iri həcmli avtomobillər istifadə olunur.

Nissan Patrol snow | Nissan patrol, Nissan, Best 4x4 cars

Burada yol kənarındakı bir dəzgahda satıcısı olmayan yeşiklərlə dolu meyvə, tərəvəz və.s görmək mümkündür. Bu, İslandiya üçün təəccüblü deyil. Sadəcə istədiyin şeyi götürüb, piştaxtada yazılan haqqı qoyub, getməlisən. İslandiyada otel, restoran və evdən asılı olmayaraq, bütün məkanlarda su içə bilərsiniz. Ölkənin suyu dünyanın ən təmiz suları sırasındadır.

Skógafoss é uma das maiores quedas de água da Islândia, com uma largura de  25 metros e uma queda de 60m. Rode… | Iceland travel guide, Scenic  photography, Waterfall

Əlverişsiz iqlim qurşağında yerləşməsinə baxmayaraq, İslandiya turistlərin sevimli yerlərindəndir. Turistləri cəlb edən İslandiyanın oksigen “anbarı” olmasıdır. Reykyavikdəki İncəsənət muzeyi turistlərin diqqətini daim özünə cəlb edir. Bu muzeyi hər il 200 mindən çox turist ziyarət edir. Muzeydə incəsənətin bütün növlərini özündə əks etdirən sənət inciləri nümayiş etdirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160393

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930