“The Lancet” jurnalı: “Sputnik V” dünyada ən təhlükəsiz və ən təsirli peyvənddir

04.02.2021 - 10:56

“The Lancet” tibb jurnalında Rusiya istehsalı olan “Sputnik V” peyvəndi barədə məqalə dərc edilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə nəşr “Sputnik V”in koronavirusla mübarizədə təsirli olduğunu yazıb.

Jurnalda qeyd edilib ki, “Sputnik V” dünyada ən təhlükəsiz və ən təsirli peyvənddir: “Peyvənd klinik sınaqların üçüncü mərhələsinin nəticələrinə əsasən, effektivliyi 91,6 faizdir. 60 yaşdan yuxarı könüllülər arasında peyvəndin təsir gücü 91,8 faiz olub. Peyvənd olunan könüllülərin 98 faizində bu nəticəyə gəlinib”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç jurnalın Rusiya peyvəndi barədə qeydləri alqışladıqlarını bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=160564

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031