ÜST-dən COVID-19-un yeni ştamları ilə bağlı sevindirici AÇIQLAMA

11.02.2021 - 15:41

“Koronavirusun mutasiyaya uğramış variantlarının yayılması pandemiyanın yeni dalğasına səbəb olmayacaq”.

Musavat.com Report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluge “El Pais” qəzetinə müsahibəsində bildirib.

“Yeni variantlar virusun hələ də bizə zərbə vurduğunu vəhşicəsinə xatırladır. Ancaq bu, yeni virus deyil, bu, sahibinə, yəni insana uyğunlaşmağa çalışan hər bir patogenin normal təkamülüdür. Bu, yeni pandemiyanın başlanğıcı deyil, amma, əlbəttə ki, çox sayıq olmalıyıq”, – o deyib.

H.Klugenin fikrincə, sayıqlıq vacibdir, çünki yeni ştamlar yenidən yoluxmaya və infeksiyanın daha sürətli yayılmasına səbəb ola bilər. Bu da bəzi ölkələrin səhiyyə sistemlərinin pandemiya ilə mübarizə aparmasını çətinləşdirəcək.

“Bir də ona görə ki, yeni ştamlar vaksinlərin effektivliyinə təsir edə bilər. Bunu qrip xəstəliyində də görmüşük, bir qədər fərqli peyvənd tələb edən variantlar ola bilər. Sayıq olmalıyıq, çünki virus daha sürətli yayılarsa və peyvənd olunan insanların hərəkəti artarsa, ölüm hallarının sayında da artım ola bilər. Dürüst olmalıyıq: 2021-ci il növbəti COVID-19 ili olacaq. Amma daha idarəolunan, daha çox proqnozlaşdırıla bilən halı ilə”, – ÜST rəsmisi vurğulayıb.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada təxminən 106,9 milyon insan koronavirusa yoluxub, 2,3 milyondan çox COVID-19 xəstəsi ölüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=161192

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728