Zahid Oruc: ”Siyasi vəzifə tutan nazirlər də and içsinlər”

12.02.2021 - 11:39

Millət vəkili Zahid Oruc Milli Məclisdə çıxış edib və maraqlı bir təklif verib.

Musavat.com həmin çıxışı təqdim edir:

“Prezidentin yüksək vəzifə tutan bir neçə hökümət üzvünü tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğurdu. Halbuki ötən illər ərzində üç nazirin və yeddi icra hakimiyyəti rəhbərinin cəzalandırılması, 2015-ci ildə MTN-in ləğvi, iqtisadiyyat, sosial və nəqliyyat sahələrində, o cümlədən 2019-cu ildə hər üç hakimiyyət qolunda əsaslı dəyişikliklərin aparılması dövlət başçısının kadrlara münasibətdə həmişə sərt tələblərlə yanaşdığını sübut edir.

İndi Şuşa və bütün Qarabağ hər bir hakmiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib. Lakin bir qism siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək “bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir. Əlbəttə, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə cavab verəcək.Lakin yüksək çinli şəxsləri tənqid edərkən on illər ərzində əldə olunan bütün ugurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir.Üç-beş nazir dövlət demək deyil.Dünyada belə analogiya yoxdur.Bir nazir ucbatından on minlərlə dövlət qulluqçusunu ogru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğu üçün son silaha əl atıblar:məmur məsələsi!

Prezident tarixi Qələbədən sonra Yeni Hakimiyyət quruculuğunu davam etdirir.Bu qətiyyən parçalanma, qütbləşmə, iqtisadi maraqlar mübarizəsi deyil. Prezidentin xarakteri və idarəçilik siyasətini izləyənlər bilir ki, o, millətin iradəsini, ictimai fikri öz siyasətində nəzərə alır, lakin dövlət vəzifələrinə təyinatları, yaxud çıxarılmaları küçə və meydanların, virtual aləmin təzyiqi altında həyata keçirmir.

Müqayisə üçün, Mixail Saakaşvili bir neçə il ərzində hökuməti 4 dəfə dəyişmişdi və hamı onu sovet mirasını ləğv edib xalq hakimiyyətini quran lider adlandırırdı. Indi informasiya məkanımızda tüğyan edən “köhnələr və yenilər, xaricdə təhsil alanlar və yerli diplom daşıyıcıları, rusofillər, yaxud qərbpərəstlər, 5-ci, yoxsa 6-cı kolon təmsilçiləri” bölgülərini dövriyyəyə çıxaranların iki məqsədi var: 

Birincisi, 30 il əvvəl partiya-sovet rəhbərlərini və dövlət aparatını iflic etdikləri kimi müharibəni qazanan bir hakimiyyətin resurslarını xarici hədəflərdən çəkindirib daxildə artan gərginliyə və süni qarşıdurmalara yönəltmək.

İkincisi, Prezidentin Yeni Hakimiyyət quruculuğunun qarşısını almaq!

Bəli, dövlət başçısının tənqidi hamı üçün bir siqnaldır.Ona görə də təklif edirəm ki, Amerikanın dövlətiçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər. Eyni zamanda, Dövlət Qulluğuna dair Yeni Məcəllə qəbul edilsin.

Əslində “Dəmir Yumruq” yalnız 44 gün üçün deyil. O, “Qalib əl” həmişə qüvvədə olacaq: Qarabağa “Böyük qayıdış”da da, təmiz-şəffaf idarəçilyin və ictimai ədalətin bərqərar olunmasında da!”

Short URL: http://www.cumhuriyyet.net/?p=161281

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728