Bərdədə ekoloji terror – Qanunsuz tikilən körpü bir kəndi su altında qoya bilər

12.04.2021 - 09:40

Bərdənin Məmmədli kəndində ekoloji fəlakət yaşanır. REPORTYOR.info-nun əməkdaşı həmi kənddə olarkən sakinlər bildirib ki, burada meşə təsərrüfatını, su sahələrini sıradan çıxarmağa yönəlik addımlar atırlar. Bölgə ciddi daşqın təhlükəsi ilə üz-üzədir.
Məmmədli kəndinin yuxarı hissəsindən axan Kür çayının hövzəsində təbii şəkildə unikal bir ada formalaşıb. Bu ada işbazlar tərəfindən faktiki olaraq məhv edilir.
Əməkdaşımızın ərazidə apardığı müşahidələr nəticəsində məlum olub ki, işbazlar ərazidə olan bütün ağacları kəsiblər. Hətta “Qırmızı kitab”a düşən yulğun ağaclarına rəhm olunmayıb. Yulğun ağacları təbiətin ağcıyəri hesab edilir. Amma bu işbazlar üçün əhəmiyyətli deyil.


Bu azmış kimi çayın üzərində kustar üsulda körpü salınıb. Bu körpü heç də kənd sakinlərinin qayğısına qalmaq məqsədilə inşa edilməyib. Körpü də işbazlara lazımdır. Yulğun və digər ağacların kəsildiyi hektarlarla ərazidə salınan və işbazlara məxsus əkin sahəsinə rahat gedib gəlmək üçün məqsədilə tikilən bu körpü Məmmədli kəndi üçün təhlükədir. Çünki körpü tikilərkən bəndlər sökülüb. Həmin bəndlər 2010-cu ildə Kür çayında baş verən daşqınlar zamanı inşa edilib. O zaman Məmmədli kəndinin 3 min hektar ərazisi su altında qalmışdı. Təbii fəlakətin miqyasını azaltmaq üçün o zaman bu bəndlər tikilməsinə zərurət yarandı. İndisə həmin bəndləri söküblər, əvəzində isə heç bir qurumun icazəsi, rəyi olmadan, Fövqəladə Hallar Nazirliyinin yerli komissiyasının təhlükəsizliklə bağlı zəmanəti verilmədən, FHN-nin Tikintiyə nəzarət İdarəsinin mövqeyi, Sabirabaddakı bəndvurma İdarəsinin razılığı yox ikən Məmmədli kəndindən adaya doğru dağıdılan bəndlərin üzərindən kustar, əldəqayırma, riskli və qanunsuz körpü çəkilib.


Ölkədə rəsmi icazə alınmadan daşı daş üstə qoyub tikinti aparmaq mümkün olmadığı halda həmin möhtəkirlər, işbazlar, təbiət və ekologiya, su hövzələrinin və meşələrin düşmənləri, qənimləri foto faktlardan da göründüyü kimi, təhlükəsizliyinə təminat verilməyən körpü salıblar.
Sakinlər təşvişi içindədir ki, Kür çayı daşacağı zaman kənd su altında qala bilər. Məmmədli sakinləri dəfələrlə yerli qurumları şifahi şəkildə gözlənilən təhlükə barədə məlumatlandırsalar da, nəticəsi olmayıb. Bu baxımdan, kənd sakinləri yuxarı instansiyalara üz tutmağı qərara alıb.
İcra başçısı Vidadi İsayevin də baş verənlərdən xəbərdar olduğu bildirilir. Lakin icra başçısı hansısa maraqlar üzündən Məmmədli kəndini gözləyən təhlükəni önləmək üçün hər hansl tədbir görməyə həvəs göstərmir.
REPORTYOR.info Məmmədli kəndində yulğun ağaclarının qırılması ilə   bağlı Ekologiya və Təbii Sərvətlər Naziliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, bununla bağlı nazirliyə şikayət daxil olub və hazırda araşdırma aparılır. “Araşdrımanın nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, – deyə nazirliyin rəsmisi qeyd edib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162212

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31