Rusiya hərbçiləri Xocalı hava limanında “Qələbə günü” nə həsr ediləcək parad üçün təlimlərə başladı…-FOTO

19.04.2021 - 10:23
Rusiya hərbçiləri Xocalı hava limanında “Qələbə günü” nə həsr ediləcək parad üçün təlimlərə başladı...-FOTO
Azərbaycan Respublikasının Qarabağ torpaqlarında yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünə  təsadüf edən təntənəli yürüş üçün təlimlərə başlayıblar.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə,  Xocalı hava limanında keçirilən təlimə  400-dək rus hərbçisi cəlb olunub.
“Təntənəli yürüş üçün məşqlərdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairənin 15-ci əlahiddə moto-atıcı  briqadasının (sülhməramlı) şəxsi heyəti iştirak edirlər. Bundan əlavə, Humanitar Reaksiya Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissə, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri də məşqlərə cəlb olunur.
Zəfərin 76-cı ildönümü günü – 9 May 2021-ci il tarixində təntənəli yürüşdə hər biri 45 hərbçidən ibarət 10-a qədər hərbi “qutu”nun  iştirak edəcəyi planlaşdırılır” – xəbərdə belə deyilir.
P.S….

Short URL: http://www.cumhuriyyet.net/?p=162457

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728