Ölkə başçısının bu fikirləri dünyaya bir mesaj idi – RƏY

24.04.2021 - 13:34

 

Ölkə başçısının bu fikirləri dünyaya bir mesaj idi – RƏY

 

“Hacıqabul səfəri zamanı Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra mühüm məsələlərə toxundu. Mühüm məsələlərdən biri milli-tarixi yaddaşımızla bağlıdır. Cənab Prezident dedi ki, biz 101 əvvəl Zəngəzuru ermənilərə vermişik. Hesab edirəm ki, bu, hər bir azərbaycanlı üçün çağırış idi”.

Bunu açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, ölkə başçısının bu fikirləri eyni zamanda dünyaya bir mesaj idi:

“Ermənistan-Azərbaycan münasibətlərini, Dağlıq Qarabağ probleminin kökünü bilmək istəyənlər cəmi 101 il əvvəlki tarixi keçmişimizə ekskurs etsələr, görəcəklər ki, həqiqətlər nədən ibarətdir. Ona görə də bu çağırış bizim hər birimiz üçün yeni vəzifələr müəyyənləşdirir.

101 əvvəl olan tarixi hadisələrin, yəni İrəvanın, Zəngəzurun, Göyçənin, Dərələyəzin, Lori-Pəmbəkin ermənilərə hansı şərtlərlə və necə verilməsi ilə bağlı milli yaddaşımız üçün vəzifələr müəyyənləşdirir. Bu vəzifələr ondan ibarətdir ki, bunu həm dünyaya çatdıraq, həm də özümüz bir millət olaraq yaddaşımızı yenidən təzələyək. Çünki hazırda müharibənin aktiv fazası başa çatıb, amma bundan sonrakı mərhələ mədəniyyətlərin və mənəviyyatların savaşı olacaq. Biz bu savaşa hazır olmalıyıq. Azərbaycan Prezidentinin çağırışı bu müharibədə də qalib olmağımız üçündür. Çünki yalnız və yalnız bu şərtlər içərisində bizim qələbəmiz daimi, əbədi ola bilər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162700

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2021
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31