“Yurd Construction” şirkəti xəsarət alan işçisinə sahib çıxmır – Prezidentə şikayət

29.04.2021 - 18:00

“Yurd Construction” MMC-nin keçmiş işçisi Tovuz rayon Düz Cırdaxan kənd sakini Məhərrəm Süleymanov üzləşdiyi haqsızlıqla bağlı Prezident İlham Əliyevə və Baş Prkoruror Kamran Əliyevə müraciət edib. O müraciətin bir surətini də REPORTYOR.info-ya göndərib.

İşdən çıxarmaq hədəsilə ölümə gündərilən fəhlə 

Məhərrəm Süleymanov ki, 2020-ci ildə müqavilə ilə “Yurd Konstrakşın” şirkətində qaynaqçı kimi işə başlayıb. 19  iyul 2020-ci il tarxidə ona bildirilib ki, Xatınlı körpüsünün altında qaz kəmərində kəsib-calama işi var. Təhlükəli olduğu üçün Məhərrəm Süleymanov bu işi görməkdən imtina edib. Lakin onu işdən çıxaracaqları ilə hədələyiblər. Məhərrəm Süleymanov da işi görməyə məcbur olub. “Qaz kəmərində kəsib calama işi apardığım zaman partlayış baş verdi. Ciddi xəsarətlər aldım.  Təcili tibbi yardımla Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirildim, vəziyyətim ağır olduğu üçün məni təcili şəkildə Bakı  şəhəri Nərimanov rayonunda yerləşən “Medistyle” hospitalına apardılar. 1 ay xəstəxanada qaldım. Müalicə xərclərimi şirkət həyata keçirdi.  Bel nahiyəmdə, sol qolumda və sağ ayağımda yanğından ciddi xəsarətlər qalıb. Dəfələrlə həkim müayinələrində olmuşam. Hal-hazırda bu ağrılardan əziyyət çəkirəm”, – deyə şiakyətçi bildirir.

Şirkət rəhbərliyi 50 000 manatı kimə verib?

Məhərrəm Süleymanovun sözlərinə görə, şirkətin rəhbərliyi ona vəd verib ki, 1 il ərzində bütün ehtiyaclarını ödəyəcək. Lakin bu vəd yerinə yetirilməyib: “Heç yanıma gələn olmadı. Mənə 2450  manat pul verildi və verilən pul ilə mən müalicəmin bir qismini ödəyə bildim.

Məndən xəbərsiz adıma maaş yazıblar. Sığortam yoxdur. Hətta öyərndim ki, məni işdən də azad ediblər.

Şirkətin rəhbərliyi isə iddia edir ki, mənə görə 50 000  manat xərcləri çıxıb. Mənim bundan heç bir xəbərim yoxdur. Ona dedim ki, sizin günahınız yoxdursa, o zaman  50 000 kimə və nə üçün veribsiniz? Bu barədə telefon danışıqlarımız var. Əgər yoxlansa çox şeylər aydınlaşacaq. Əfsuslar olsun ki, bu məsələni dəqiq araşdırmaq istəyən yoxdur. Telefon zənglərimə heç kim cavab vermir”.

Şikayətçi yazır ki, dəfələrlə Tovuz rayon Prokurorluğuna müraciət edib. Prokrorluqda ondan izahat alınsa da, obyektiv ararşdırma aparılmayıb.

“Mən fəhlə adamam. Bir ilə yaxındı işləyə bilmirəm. Prezidentimə inanıram və yaxşı bilirəm ki, mənim barəmdə ədalətli iş aparılacağına göstəriş verəcəkdir.

Sizdən xahiş edirəm ki, yuxarıda qeyd etdiklərimi nəzərə alıb mənim işimə yenidən baxılmasına göstəriş verəsiniz”, – deyə Məhərrəm Süleymanov Prezident və Baş prokurora xitabən bildirir.

Prokurorluğun partlayışla bağlı açıqlaması  

Bu hadisə baş verən zaman Tovuz rayon Prokurorluğunun yaydığı açıqlamada bildirilirdi ki, qurumun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

Hadisə yerinə baxış zamanı geyim əşyalarının yanıq hissələri, yanmış torpaq nümunələri, termiki təsirə məruz qalmış alışqan, boru xəttindən təbii qaz nümunəsi, termiki təsirə məruz qalmış boru kəsiyi götürülüb, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyat keçirilib.

Aparılan ilkin araşdırılmalarla müəyyən olunub ki, “Yurd Construction” MMC-də fəhlə işləyən 1957-ci il təvəllüdlü Məhərrəm Süleymanov və iş icraçısı 1966-cı il təvəllüdlü Sənan Quliyev rayonun Xatınlı kəndi ərazisində qaz borusunun çəkilməsi işlərini həyata keçirən zaman baş vermiş partlayış nəticəsində termiki yanıq xəsarətləri alıblar.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

Hazırda zərərçəkmişlərin stasionar şəkildə müalicələri aparılır.

Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirləri davam etdirilir.

Podratçı şirkətin səhlənkarlığı…

Bu olayla bağlı həmin vaxt “Azəriqaz” İstehsalat Birliyi də açıqlama yaymışdı. Həmin açıqlamada partlayışa görə “Yurd Construction” MMC ittiham edilirdi. Açıqlamanı təqdim edirik:

“Bu gün günorta saatlarında Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusunun  partlaması barədə xəbər yayılıb. “Azəriqaz” İstehsalat Birliyi olaraq qeyd edirik ki, bu partlayışın Birliklə hər hansı əlaqəsi yoxdur. Belə ki, rayonun Xatınlı kəndinin yaxınlığında yol genişləndirilməsi işləri aparılır. Bu işlə məşğul olan podratçı təşkilatdan “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsi qaz xəttinin dəyişdirilmiş hissəsinin yenidən yoxlanılaraq gələn həftə təhvil verməsini istəyib. Podratçı təşkilat isə elə bu gün saat 16:00 radələrində “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinə hər hansı məlumat vermədən, qoşma aparılan hissədə özbaşına hansısa işləri icra edib. Ona görə də səhlənkarlıq ucbatından partlayış qeydə alınıb.

Qeyd edək ki, diametri 159 mm olan qaz xəttinin təqribən 500 metrlik hissəsi yol tikintisi ilə məşğul olan podratçı təşkilat tərəfindən polietilen boru ilə əvəzlənəcəkdi. Bu xətt Tovuz rayonunun Xatınlı, Qaraxanlı və Cilovdarlı kəndlərinin 2 minə yaxın abonentinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda podratçı təşkilat qaz xəttini tam təhvil verə bilmədiyindən, Şəmkir Regional qaz istismarı İdarəsi köhnə xətti bərpa etməklə qaz təchizatının həyata keçirilməsi ilə məşğuldur”.

10 manatlıq şirkət

“Yurd Construction” MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyesstr məlumatlarında qeyd edilir ki, şirkət 10 sentyabr 2018-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 66, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Rövşən Məhəmməd oğludur. Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur.

Gülay

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=162942

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930