DİN Daxili Qoşunlarının xüsusi təyinatlılarının zabitinin ölümü haqda məlumat yaydı

06.05.2021 - 12:16

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin zabiti, 44 günlük Qarabağ müharibəsinin iştirakçısı, o cümlədən Şuşanın azad olunmasında iştirak etmiş leytenant Rüfət Nəbizadənin ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, DİN-in Daxili Qoşunların hərbi qulluqçusu, leytenant R.Nəbizadə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak edib Şuşaya qədər döyüş yolu keçib:”Zabitimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. O, müharibədə aldığı ağır kontuziya səbəbindən bir müddət Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alıb. Çox təəssüf ki, R.Nəbizadə ötən gün dünyasını dəyişib”.

Xatırladaq ki, R.Nəbizadə döyüşlərdə aldığı psixoloji sarsıntılar səbəbindən ötən gün intihar edib. Ailə üzvlərinin bildirdiyinə görə, cəsur zabit döyüşlərdə iki dəfə kontuziya alıb, amma təxliyə olunmaqdan imtina edib və döyüşü davam etdirib. Müharibədən qayıtdıqdan sonra psixoloji problemləri yaranıb və  bir müddət müalicə alıb, amma keçirdiyi sarsıntılar onun canına qıyması ilə nəticələnib.


https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163200

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930