Müdafiə Nazirliyi təlimlərlə bağlı məlumat yaydı – FOTO/VİDEO

19.05.2021 - 19:15

 

Müdafiə Nazirliyi təlimlərlə bağlı məlumat yaydı - FOTO/VİDEO

 

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyəti üzrə birləşmə və hissələri ilə keçirilən komanda-qərargah təliminin növbəti mərhələsində qərargahlar tərəfindən hər an dəyişən əməliyyat şəraitinə uyğun qısa müddətdə qərarların qəbul edilməsinə və bölmələrə çatdırılmasına xüsusi diqqət yetirilib.

Qəbul edilən qərara uyğun olaraq əməliyyat istiqamətində əldə edilmiş müvəffəqiyyətin inkişaf etdirilməsi üçün taktiki qrupların bir istiqamətdən digərinə yerdəyişməsi praktiki fəaliyyətlərlə məşq etdirilib. Çətin dağ şəraitində bölmələrin şəxsi heyətinin döyüş və avtomobil texnikası ilə daşınmasının gizliliyi digər qoşun növü bölmələrinin fəaliyyəti ilə təmin edilib.

Döyüş və digər texnikanın dağlıq ərazidə istismarı üzrə şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilib.

Komanda-qərargah təlimi plana əsasən mayın 20-dək davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=163705

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31