Ajda Pekkan 100 min avroluq qonorardan imtina etdi, Bakıya gəlmədi

28.06.2021 - 18:30
Ajda Pekkan 100 min avroluq qonorardan imtina etdi, Bakıya gəlmədi

 

Türkiyənin məşhur müğənnisi, meqa-star Ajda Pekkan Qurban bayramı günlərində Azərbaycanda hansısa əyləncə mərasimində çıxış etmək təklifi alıb.

Türkiyə KİV-lərinin xəbərlərinə görə, ona 100 min avro qonorar vəd edilib. Lakin müğənni bu təklifdən imtina edib, çünki bu yay ayları ərzində Bodrumdan kənara çıxmaq fikrində deyil və bütün yayı oradakı villasında keçirəcək.

Dəvətin hansı otel və ya fərdi şəxs tərəfindən edildiyi göstərilmir. Ajda Pekkan ötən ilin payızında Qarabağda müharibə gedərkən Azərbaycana dəstək mesajları ilə çıxış etmişdi. Düşmən Gəncəni gecə yarısı ballistik raketlə atəşə tutaraq onlarla dinc sakinin ölümünə səbəb olanda müğənni özünün İnstagram səhifəsindən yazmışdı: “Azərbaycanlı qardaşlarıma gecə yarısı yataqda üzərlərinə bomba atılmasını şiddətlə qınayıram. Torpaqlarını geri almaq üçün canını fəda etməyə hazır olan əsgərlərimizə və ən başda hörmətli İlham Əliyevə uğurlar diləyirəm”. (virtualaz.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=164596

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31