Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərdi

05.08.2021 - 10:04

 

Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu bu gün Türkiyəyə yola düşüb.

“BE-200ÇS” tipli amfibiya təyyarəsi H.Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyənin Dalaman Hava Limanı istiqamətində yola düşüb.

Qeyd edək ki, növbəti yanğın-xilasetmə qrupuna ümumilikdə 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir. Heyətin əsas hissəsi quru yolla Türkiyəyə gedib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika – yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

Short URL: http://www.cumhuriyyet.net/?p=165658

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31