İcra başçısı Rafael Ağayevlə görüşdü – FOTO

12.08.2021 - 16:29

 

İcra başçısı Rafael Ağayevlə görüşdü - FOTO

 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tanınmış idmançımız Rafael Ağayevi təbrik edib.

Zakir Fərəvov karateçi Rafael Ağayevi “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalını qazanması münasibəti ilə təbrik edib, idmançımıza gələcək fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri idmançımıza xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, ölkəmizə “Tokio-2020” Yay Olimpiya Oyunlarında gümüş medal qazandıran Rafael Ağayev 75 kiloqram çəki dərəcəsində yarışların finalında italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzaraq Olimpiadada Azərbaycan milli komandasının aktivinə gümüş medalı yazdırıb.

R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub.

O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=165914

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31