FHN-in Türkiyədə olan sonuncu qrupu da ölkəyə qayıtdı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin sonuncu qrupu da ölkəmizə qayıdıb.
Bu barədə FHN-dən bildirilib.
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=166172