Anna Akopyandan ŞOK: Rusiya düşmənimizdir

09.09.2021 - 14:32

 

Anna Akopyandan ŞOK: Rusiya düşmənimizdir

 

Separatçı deputat Metakse Akopyan Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla bağlı sensasion iddia irəli sürüb.

O, Xankəndidə II Qarabağ müharibəsi öncəsi Anna Akopyanın “parlament deputatları” önündə çıxış edərək Rusiyanın Ermənistanın düşməni olduğunu dediyini bildirib.

Onun sözlərinə görə, Akopyan “parlament” qarşısında “Özündən bir əsr boyunca müttəfiq obrazı yaradan dövlət (Rusiya) əslində bizim müttəfiqimiz deyil. Bu situasiyaya biz onların ucbatından düşmüşük və onlar hətta müttəfiqdən çox, düşmənlərimizdir. Biz Qərbə doğru hərəkət etməliyik” sözlərini söyləyib.

Metakse Akopyan Anna Akopyanın oxşar siyasəti müharibə dövründə də davam etdirdiyini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=166679

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31